Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail polisi İran üçün casusluq edən iki nəfəri həbs edib
İsrail polisi İran üçün casusluq edən iki nəfəri həbs edib. Onlar Təl-Əviv yaxınlığındakı Rametqan bölgəsində saxlanılıblar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) xəbər yayıb.
Bildirilir ki, İranın kəşfiyyat orqanları "Telegram" tətbiqi vasitəsilə əvvəlcə 30 yaşlı Vladislav Viktorsonu, sonra isə onunla münasibəti olan 18 yaşlı Anna Bernşteyni pul qarşılığında İrana casus kimi əməkdaşlığa cəlb edib.
"İsrail polisi, ölkə vətəndaşlarını əməkdaşlığa cəlb etməklə İranın İsrail rəsmilərinə sui-qəsd cəhdinin qarşısını alıb", - deyə məlumatda vurğulanıb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- Təbrizdəki ballistik raket bazası yaxınlığında hərbi texnikaların daşınması görüntüləri yayıldı
Rəylər