Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail İranın raket hücumuna cavab hazırlayır
İsrail hökuməti İranın həyata keçirdiyi kütləvi raket hücumuna bir neçə gün ərzində cavab verməyi planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Axios" portalı İsrail rəsmilərinə istinadən məlumat verib.
Bildirilib ki, dünən nazirlər kabineti iclasında hücuma cavab barədə qərar qəbul edib, lakin bunun necə olacağı müəyyən edilməyib.
Portal qeyd edib ki, İsrail müstəqil şəkildə cavab verməyi planlaşdırıb, lakin yaranmış vəziyyətin strateji nəticələri kontekstində öz planlarını ABŞ ilə əlaqələndirmək istəyir.
"Yəhudi dövlətinin cavabı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıq tələb edir, həmçinin İsrailə hava hücumundan müdafiə sistemi üçün daha çox mərmi və Birləşmiş Ştatların digər dəstəyi lazımdır", - deyə mənbədən bildirilib.
Rəylər