Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrəvanda parlament binasının yaxınlığına yeni polis qüvvələri cəlb edilib
İrəvanda parlament binasına yeni polis qüvvələri yerləşdirilib. Buna səbəb Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) bu gün üçün aksiya çağırışıdır. O, mitinqdə "çox vacib məsələ" barədə açıqlama verəcəyini elan edib.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti aksiyaçıları qanunun aliliyinə hörmətlə yanaşmağa və hüquq sisteminə müdaxilə etməməyə çağırıb.
"Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq hər hansı qanunsuz davranışın qanunla müəyyən edilmiş bütün alətlərdən istifadə edilməklə zərərsizləşdiriləcəyini təsdiq edirik", - deyə MTX bəyanatında deyilir.
Mənbə: "Sputnik" Ermənistan