Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrəvanda növbəti etiraz aksiyaları başlayıb
Ermənistanın paytaxtı İrəvanda növbəti etiraz aksiyaları başlayıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, etirazçılar Vardanants və Nalbandyan küçələrini zibil qutuları ilə bağlayıblar. Həmçinin Myasnikyan prospektində yol metal zəncirlə qismən bağlanıb. Polis onu çəkiclə qırmalı olub.
Aksiya barədə bir gün əvvəl bu etirazların başında dayanan Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) elan verib. O, etirazçıları bu gün Baqramyan prospektində, Ermənistan parlamentinin yanında toplaşmağa çağırıb.
Qeyd edək ki, uzun müddətdir ara-sıra davam edən aksiyalar sosial şəbəkənin Ermənistan seqmentində geniş müzakirə mövzusuna çevrilib. Erməni sosial şəbəkə istifadəçiləri saxtakar olduğunu vurğuladıqları Baqrat Qalstanyanın öz siyasi məqsədləri üçün hamını qurban verməyə, küçələrdə qan tökməyə hazır olduğunu vurğulayıblar.