Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İrandan açıqlama: Livanda partlayan peycerlərdən hansı məqsədlər üçün istifadə edilirdi?
Livanda sentyabrın 17-də kütləvi şəkildə partlayan peycerlərdən əslində xəstəxana və uşaq bağçalarının işçiləri İsrailin hava hücumları barədə xəbərdarlıq almaq üçün istifadə edirdilər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın Beyrutdakı səfiri Müctəba Əmani məlumat verib.
Qeyd edək ki, Əmani özü də partlayış nəticəsində xəsarət alıb.
"Əmani bildirib ki, bütün bu peycerlər siyasi məqsədlər üçün deyil, adi insanlar tərəfindən istifadə edilib. Peycerlər xəstəxanalara, uşaq bağçalarına və digər müəssisələrə yalnız ona görə paylanıb ki, İsrailin mümkün hücumları barədə məlumat vermək olsun", - deyə hökumətin mətbuat xidmətindən qeyd edilib.
Səfir bununla bağlı Tehrandakı xəstəxanalardan birində diplomatı ziyarət edən İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani ilə görüş zamanı bildirib.
"Livan" teqi üzrə xəbərlər
- Livan və "Hizbullah" ABŞ-nin təklifi ilə razılaşdılar
- BMT-nin Livandakı sülhməramlıları atəşə tutulub
- İsraildən Beyrutun cənubuna hücum: "Hizbullah" hədəflərinə güclü zərbələr endirdi
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail "Hizbullah"ın səhra komandirini məhv etdiyini açıqlayıb
Rəylər