Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranda prezident seçkisinin ikinci turu başa çatıb
İranda prezident seçkisinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19:30) bağlanmalı idi, lakin istilərə görə, (Tehranda bu gün havanın temperaturu 40 dərəcəni keçib, ölkənin cənubunda isə 51 dərəcəyə çatıb) səsvermə üç dəfə uzadılıb, sonda Bakı vaxtı ilə 00:30-da başa çatıb.
Mənbə: IRIB
İranda seçki məntəqələrinin işi prezident seçkisində səsvermə ilə əlaqədar üçüncü dəfə uzadılıb.
Bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
"Ölkənin daxili işlər nazirinin (Əhməd Vahidinin) razılığı ilə ölkə üzrə seçki məntəqələrinin iş saatları bu dəfə saat 00:00-a (Bakı vaxtı ilə 01:30) qədər uzadılıb", - Eslami bildirib.
Səsvermə vaxtı artıq iki dəfə, əvvəl yerli vaxtla saat 18:00-dan 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılıb. Üçüncü uzadılma çox güman ki, sonuncu olacaq və bundan sonra səslərin hesablanması başlayacaq. İyunun 28-də keçirilən birinci turda da müddət üç dəfə uzadılıb və seçki məntəqələri yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə 01:30) bağlanıb.
Mənbə: IRIB
İranda seçki məntəqələrinin işi prezident seçkisində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.
Səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
İranda növbədənkənar prezident seçkisinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
İran prezidentliyinə namizəd, İranın Ali Rəhbərinin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili növbədənkənar seçkinin ikinci turunda səs verib.
Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkinin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparırlar.
İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.
Mənbə: Tasnim
İranın Ali Rəhbəri Əli Xamenei ölkədə keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda səs verib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən İranda növbədənkənar prezident seçkisinin ikinci turuna start verilib.
Prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili mübarizə aparır.
Mənbə: Tasnim
Bu gün səhər saatlarından etibarən İranda növbədənkənar prezident seçkisinin ikinci turuna start verilib.
Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparırlar.
Qeyd edək ki, iyunun 28-də İranda dörd namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçiblər.
Mənbə: Tasnim
"İranda prezident seçkisi" teqi üzrə xəbərlər
- İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu
- İranda seçki bitdi: "Həkimin oğlu" türklərin dərdinə dərman ola biləcəkmi?
- Andrey Zeltın: "Pezeşkian Rəisinin siyasətini davam etdirməyəcək"
- İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib
- İranda seçkinin gözlənilməz nəticəsi: Yeni prezident, yeni ümidlər
Rəylər