Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi
İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verilib.
"Azad İran" "Telegram" kanalının İran mediasına istinadla verdiyi məlumata görə, bu barədə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib.
O, ölkədə hamiləlik üçün yaş həddi aradan qaldırıldığını bildirib. Nazirin sözlərinə görə, artıq ölkədə hamiləlik üçün yaş həddi 15-49 arasındadır.
İranlı rəsmi gənclərin evlənməsi üçün xüsusi ödənişlərin nəzərdə tutulduğunu da qeyd edib.
Ə.Rəisi, həmçinin tibb kitablarında yeniyetmə qızlar üçün istifadə edilən "yüksək riskli hamilə analar" ifadəsinin çıxarılaraq "xüsusi qayğıya ehtiyacı olan" analar ifadəsi ilə dəyişdiriləcəyini vurğulayıb.
"İran" teqi üzrə xəbərlər
- İranlı keçmiş nazir Tehranın İsrailə qarşı kəşfiyyat uğursuzluqlarını etiraf edib
- İranda hər beş şagirddən biri intihar haqqında düşünür
- İranda hərbi qüvvələr dinc vətəndaşı güllələyiblər
- Hindistan Ermənistana "Pinaka" silah sistemlərinin tədarükünə başlayıb
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
Rəylər