Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail Nazirlər Kabineti "Hizbullah"la atəşkəsə dair iclas keçirəcək
İsrail Nazirlər Kabineti noyabrın 26-da "Hizbullah"la atəşkəsə dair iclas keçirəcək.
Oxu.Az-ın "The Times of İsrael" nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrail rəsmisi məlumat verib.
Məlumata görə, nazirlər "Hizbullah" hərəkatı ilə atəşkəsi təsdiqləmək niyyətindədirlər və İsrail Baş naziri Benyamin Netanyahu bu səbəbdən Təhlükəsizlik Kabinetini çağıracaq.
İclasda nazirlərin Livanda "Hizbullah"la mübarizədə atəşkəs rejimini təsdiqləmələri gözlənilir.
Həmçinin Netanyahu təklif olunan atəşkəs razılaşmasına qəti şəkildə qarşı çıxan regional şuraların rəhbərləri ilə görüşməyi də planlaşdırır.
Qeyd edək ki, 60 günlük atəşkəs razılaşması İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını və "Hizbullah"ın bölgədəki mövcudluğunun dayandırılmasını nəzərdə tutur.
"İsrail" teqi üzrə xəbərlər
- Netanyahunun həbsinə dair qərarda G7 ölkələrinin fikirləri haçalanıb
- İsrailin milli təhlükəsizlik naziri Netanyahunun atəşkəs planını sərt tənqid etdi
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi
Rəylər