Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İki yeni "Hongqi" modelinin təqdimat tarixi məlum oldu
Çin avtomobil istehsalçısı "Hongqi" sentyabrın 21-də iki yeni məhsulu - "HS3" krossoverinin hibrid versiyasını və yenilənmiş "H5" sedanını təqdim edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Autohome" məlumat yayıb.
"Hongqi HS3 PHEV" 169 at gücü hasil edən 1,5 benzin turbo mühərrikli hibrid sistem və elektrik mühərriki ilə təchiz olunacaq. Avtomobilin maksimal güc ehtiyatı 1,1 min kilometrdir. Təmiz elektrik enerjisi ilə krossover 115 kilometr məsafə qət edə bilir.
"Hongqi H5" sedanı qara örtüklü xüsusi versiyada istehsal ediləcək. Avtomobildə tündləşdirilmiş fara və arxa fənərlər, qara radiator barmaqlığı və dekorativ bamper elementləri var. İnteryer tünd qırmızı rəngdə dizayn edilib. Avtomobil həmçinin daha səmərəli media sistemi və avtomatik parklama funksiyası ilə təchiz olunub.
Avtomobil üçün üç güc ötürücü variantı mövcuddur. 1,5 benzin turbo mühərrik 169 at gücü, iki litrlik mühərrik 224 at gücü hasil edir. Onun həmçinin, 1.5 mühərrik əsasında hibrid versiyası da var.
Rəylər