Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hindistanın ən böyük kriptovalyuta birjası qarət edildi
Hindistanın ən böyük "WazirX" kriptovalyuta birjası genişmiqyaslı kiberhücuma məruz qalıb.
Oxu.Az bu barədə "TechCrunch"a istinadən məlumat yayıb.
Qeyd olunub ki, kiberhücum nəticəsində hakerlər təxminən 235 milyon dollar oğurlayıblar. Birja insidenti təsdiqləyib və müvəqqəti olaraq vəsaitlərin çıxarılmasını dayandırıb.
Mənbə, həmçinin qeyd edir ki, bu iş 2024-cü ildə kriptovalyuta birjalarına edilən ən böyük kiberhücumlardan birinə çevrilə bilər. May ayında bir qrup haker Yaponiyanın "Bitcoin" birjası DMM-dən 305 milyon dollar dəyərində 4 502 kriptovalyuta oğurlayıb. Nəticədə, birja təsirə məruz qalan istifadəçilərin itkilərini kompensasiya etmək üçün tərəfdaşlarından yardım istəməli olub.
"Kibercinayətkarlıq" teqi üzrə xəbərlər
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
- ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ
- "Wi-Fi"dan təhlükəsiz istifadə qaydaları açıqlanıb
- İranın nüvə obyektlərinə və dövlət orqanlarına kiberhücum olub
- Maşınların üsyanı: Robot tozsoranlar sahiblərini təhqir etməyə və ev heyvanlarını təqibə başladı
Rəylər