Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hindistanda bir yaşlı uşaq ilanı oyuncaq zənn etdi: Dişləyərək öldürdü
Hindistanın Bihar ştatının Qaya şəhərində qeyri-adi hadisə baş verib. Bir yaşlı körpə uşaq ilanı oyuncaq zənn edib və onu dişləyərək öldürüb.
Bu barədə Oxu.Az "Hindustantimes" nəşrinə istinadən xəbər verir.
Valideynlərin sözlərinə görə, uşaq evin terrasında oynayırmış və yanından sürünərək keçən ilanı hansısa səbəbdən bir neçə dəfə dişləyib. İlanı uşağın ağzından atası çıxarıb. Valideynlərin fikrincə, uşaq ilanın oyuncaq olduğunu düşünüb.
Körpə təcili olaraq tibb mərkəzinə aparılıb və bütün müayinələrdən keçirilib. Tibb mərkəzinin bütün personalı şok vəziyyətində olmalarına baxmayaraq, həkimlər zəhərin uşağın orqanizminə daxil olmadığını müəyyən ediblər.
Mütəxəssislər uşağın dişləməsi ilə əzilmiş ilanın bir neçə videosuna və fotosuna baxdıqdan sonra ilanın zəhərli olmadığını, musson mövsümündə çox geniş şəkildə rastlandığını təsdiq ediblər. Hazırda körpənin həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə yoxdur.
"Hindistan" teqi üzrə xəbərlər
- ABŞ-də hindistanlı milyarderə qarşı ittiham irəli sürüldü
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Çiçək dənizi və 1500 qonaq: Hindistanda avtomobil dəfn olundu
- Hindistanda toyda qalmaqal: Gəlinin keçmiş sevgilisi əvvəlcə bəyin əlini sıxdı, sonra yumruqladı
- Hindistanda qırıcı təyyarə qəzaya uğradı
Rəylər