Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hava təravətləndiricisi, yoxsa saatlı bomba: Rusiyada şoka salan hadisə
Rusiyada çoxmərtəbəli mənzillərdən biri hava təravətləndiricisi səbəbindən partlayıb.
Oxu.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, qorxunc hadisə Çerepovets şəhərində qeydə alınıb.
Ev sahibinin sözlərinə görə, vanna otağında hava təravətləndiricisinin güclü qoxusu olub. 37 yaşlı kişi də iyin mənbəyini araşdırmaq üçün alışqanı yandırıb. Bu zaman bir anda partlayış baş verib, kişi və 40 yaşlı həyat yoldaşı alovlara bürünüb. Alov onlardan asma tavana keçib və əriyən plastik onların üzərinə damcılamağa başlayıb.
Kişi həyat yoldaşının vanna otağından çıxmasına kömək edib və təcili yardım çağırıb. Onların hər ikisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yanğın öz-özünə sönüb. Qonşu mənzillərə zərər dəyməyib.
Qeyd edilib ki, baş verənlərin səbəbi hava təravətləndiricisi balonunun hermetikliyinin pozulması olub.
Rəylər