Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Fukusima-1" AES yenidən qalmaqal mərkəzində: 25 ton radioaktiv su okeana sızdı
Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyası (AES) yenidən diqqət mərkəzinə düşüb. Belə ki, stansiyanın ikinci enerji blokunun binasında təxminən 25 ton radioaktiv su növbəti dəfə okeana sızıb.
Oxu.Az-ın RT-yə istinadla məlumatına görə, bu barədə stansiyanı idarə edən "Tokyo Electric Power Company" (TEPCO) şirkəti xəbər verib.
Bildirilib ki, hadisə avqustun 9-da işlənmiş nüvə yanacağının soyutma hovuzunda su nəzarəti üçün rezervuarlardan birində maye səviyyəsinin qeyri-normal azalması qeydə alındıqdan sonra aşkar edilib.
TEPCO suyun ətraf mühitə düşmədiyini iddia etsə də, mütəxəssislər hadisənin potensial nəticələri ilə bağlı narahatlıq ifadə edirlər.
Qeyd edək ki, 2011-ci ildə Tokionun şimal-şərqində 9 bal gücündə olan və ölkə tarixində ən güclü zəlzələ stansiyada qəzaya səbəb olub: Sunami dalğasına görə ehtiyat dizel generatorlarını su basıb və soyutma sistemlərinə zərər vurub. AES-dən atılan tullantıların 80%-ə qədəri, xüsusilə, radioaktiv elementlər yod 131 (I-131) (yarımparçalanma dövrü təxminən səkkiz gün) və sezium 137 (Cs-137) (yarımparçalanma dövrü təxminən 30 il) okeana axıb. 2013-cü ilin sonunda atom stansiyası rəsmi olaraq bağlanıb. Lakin illər ərzində AES-də bir milyon tondan çox su toplandığı üçün, 2023-cü ildə suyun sualtı tunel vasitəsilə Sakit okeana axıdılması barədə qərar qəbul edildi. Yaponiya AES-dən suyun axıdılması fonunda Çin bütün Yaponiya dəniz məhsullarının idxalını dayandırıb, Cənubi Koreya isə Fukusima da daxil olmaqla Yaponiyanın səkkiz prefekturasından dəniz məhsullarının idxalına qoyulan qadağanı uzadıb.
Təxminən bir il əvvəl Yaponiya Baş naziri Fumio Kişida və bir neçə nazir Fukusima prefekturasının yaxınlığında, suyun axıdılmağa başlandığı dənizdən tutulan dəniz məhsullarını yemişdilər. Kişida bildirmişdi ki, hökumət həm ölkə daxilində, həm də xaricdə insanları atom elektrik stansiyasının yaxınlığındakı dənizdən tutulan dəniz məhsullarının təhlükəsizliyi barədə məlumatlandırmalıdır.
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı
Rəylər