Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Filippinli intim əlaqədən sonra meymunçiçəyinə yoluxub
Filippində ötən ilin dekabrından bəri meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippinin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, 33 yaşlı Filippin vətəndaşı bir həftə yüksək hərarətdən əziyyət çəkib, aparılan müayinələr nəticəsində məlum olub ki, adı açıqlanmayan şəxs məhz meymunçiçəyinə yoluxub.
Yüksək hərarətdən başqa həkimlər xəstənin kürəyində, qasıq nahiyəsində, həmçinin ovuclarında və dabanında aydın səpgilər müşahidə ediblər. Həkimlər xəstənin meymunçiçəyinə cinsi əlaqə nəticəsində yoluxduğunu bildiriblər.
Hazırda xəstə karantinə götürülüb.
"Meymunçiçəyi" teqi üzrə xəbərlər
- Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
- ABŞ-də meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı qeydə alınıb
- ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı iclas keçirəcək
- Britaniyada meymunçiçəyinin yeni ştamı ilə bağlı həyəcan: Yoluxanların sayı artır
- Nazir müavini Azərbaycanda meymunçiçəyi ilə bağlı vəziyyətdən DANIŞDI
Rəylər