Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Britaniyada meymunçiçəyinin yeni ştamı ilə bağlı həyəcan: Yoluxanların sayı artır
Britaniyada meymunçiçəyi virusunun yeni ştamına yoluxma halları artıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Britaniya Səhiyyə Mühafizə Agentliyi (UKHSA) xəbər yayıb.
"Mpox Ib" virusu ilə iki yoluxma halı aşkar edilib. Beləliklə, təsdiqlənmiş halların ümumi sayı üçə çatıb", - deyə agentlikdən bildirilib.
Məlumata görə, hər iki yoluxan şəxs birinci xəstə ilə təmasda olub.
"Bu xəstələrlə təmasda olan şəxslərə test və lazım gələrsə, peyvənd təklif olunacaq. Xəstəlik əlamətləri yarandığı və ya test nəticələri müsbət olduğu təqdirdə onlara müalicə tövsiyələri veriləcək", - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, Britaniyada meymunçiçəyi ilə ilk yoluxma halı barədə oktyabrın sonunda məlumat verilib.
Yeri gəlmişkən Almaniyada da meymunçiçəyi virusunun yeni "Clade Ib" ştamına yoluxmanın ilk halı qeydə alınıb.
"Meymunçiçəyi virusu" teqi üzrə xəbərlər
- Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
- ABŞ-də meymunçiçəyinin yeni ştamına ilk yoluxma halı qeydə alınıb
- ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı iclas keçirəcək
- Nazir müavini Azərbaycanda meymunçiçəyi ilə bağlı vəziyyətdən DANIŞDI
- Almaniyada meymunçiçəyi virusunun yeni variantı ilə yoluxmanın ilk halı qeydə alınıb
Rəylər