Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Estoniyadakı həbsxana digər ölkələrə icarəyə verilə bilər
Estoniya Tartu həbsxanasının qismən icarəyə verilməsi ilə bağlı digər ölkələrlə danışıqlara başlayacaq.
Oxu.Az Delfi-yə istinadən xəbər verir ki, hazırda orada 600 boş yer var.
"İcarə həbsxananı işlək vəziyyətdə saxlamağa, iş yerlərini qorumağa və gələcək üçün vacib biliklər əldə etməyə kömək edəcək", - deyə Respublikanın Ədliyyə Nazirliyi izah edib.
Qurum vurğulayıb ki, Estoniya həbsxanasında əcnəbi məhbus yeni cinayət törədərsə, onların hansı ölkənin qanunlarına əsasən cəzalandırılacağı, iqtisadi fayda və təhlükəsizlik məsələlərinin həlli vacibdir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, İsveç və Niderland Estoniyaya cinayətkarların göndərilməsinə maraq göstəriblər.
Rəylər