Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əsəd: "Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına müsbət yanaşır"
"Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır və beynəlxalq hüququn prinsiplərinə əməl olunmaqla belə bir addım atmağa razıdır".
Oxu.Az TASS-a istinadən məlumat verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı deyib.
"Təbii ki, heç kim qonşuları ilə problem istəmir. Suriya müəyyən qaydalara uyğun olaraq Türkiyə ilə görüşməyə və onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Biz Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün davamlı səylərin uğur qazanmasını istəyirik", - deyə Əsəd bildirib.
Xatırladaq ki, iyunun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib.
Rəylər