Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanda Qərbi Nil virusuna yoluxma artdı: Onlarla şəxs xəstəxanaya yerləşdirildi
Son məlumatlara görə, Ermənistanda Qərbi Nil virusuna (QNV) 58 yoluxma halı qeydə alınıb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin direktoru Stepan Atoyan bildirib.
Onun sözlərinə görə, hazırda 41 nəfər xəstəxanaya yerləşdirilib.
"Onlardan dördünün vəziyyəti ağırdır, digərlərinin vəziyyəti orta ağırdır", - deyə Atoyan bildirib.
Atoyan qeyd edib ki, bütün yoluxma halları Ermənistanın Araqatsotn bölgəsində qeydə alınıb.
Xatırladaq ki, avqustun 17-də Ermənistanda sözügedən virusa 20 nəfərin yoluxduğu, onlardan birinin öldüyü barədə məlumat yayılmışdı.
Rəylər