Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərəb ölkələri ABŞ-nin təklifini rədd etdilər
İordaniya, Qətər və Səudiyyə Ərəbistanının hökumətləri ABŞ-nin Qəzza zolağında müharibədən sonrakı sülhməramlı missiyada iştirak etmək təklifini rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Bu məlumatı nəşrə iki həmsöhbət təsdiqləyib. Ərəb mənbəsi İordaniya, Qətər və Səudiyyə Ərəbistanının imtinasını bu sülhməramlı missiyanın İsraili fələstinlilərdən qorumaq kimi göründüyü ilə izah ediblər.
Eyni zamanda, Misir və BƏƏ missiyada iştirak etmək niyyətlərini təsdiqləsələr də, bir neçə şərt qoyublar. Onların arasında İsrailin Baş naziri Benyamin Netanyahunun rədd etdiyi "iki xalq üçün iki dövlət" konsepsiyası çərçivəsində baş tutması tələbi də var.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- Blinken İsrail-Fələstin münaqişəsi barədə: "Müharibəni bitirmək vaxtı gəlib"
- Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi
- İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini məhv etdi
- İsrailin yeni müdafiə nazirindən AÇIQLAMA: "HƏMAS və "Hizbullah" darmadağın olub"
Rəylər