Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərdoğan Trampın qələbəsinə dair danışdı: "Hər siyasətçinin asanlıqla nail ola biləcəyi şey deyil"
"İlk növbədə bu seçkinin ABŞ üçün, regionumuz və dünya üçün xeyirli olmasını arzu edirəm. Cənab Donald Tramp seçki prosesi ərzində, sui-qəsd cəhdi də daxil olmaqla, bir çox çətinliklərə qarşı həqiqətən böyük bir mübarizə nümayiş etdirdi".
Oxu.Az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırdığı zaman deyib.
"Məlum olduğu kimi, onu vurmağa cəhd etdilər, güllə qulağını sıyırdı. Əlləri qandallı halda polis bölməsinə apardılar.
Bütün bu hadisələr fonunda o öz seçki kampaniyasını olduqca güclü bir şəkildə, yorulmadan, bezmədən, israrla davam etdirdi. Bu, hər bir siyasətçinin asanlıqla nail ola biləcəyi bir şey deyil. Tramp buna müvəffəq oldu.
Tramp inandı və uğurlu nəticə də əldə etdi. Bu müddətdə yanında sadəcə İlon Mask var idi. Mask onunla əl-ələ, baş-başa mübarizə apardı. Məhkəmə prosesi də daxil olmaqla, bütün bu çətinliklərə baxmayaraq, Tramp, zənnimcə, çox müvəffəqiyyətli bir şəkildə bu sınaqdan çıxdı. Nəticədə seçkilərdə qalib gəldi", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan Trampla görüşündən və müzakirə etdikləri məsələlərdən də danışıb.
"Cənab Trampla səmimi görüşümüz oldu. Bu əsnada ailəvi şam yeməyində idilər. İlon Mask və Maskın övladı da yanında idilər, görüşümüz belə keçdi. Seçki prosesini, Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı müzakirə etdik. Bundan sonrakı proseslə bağlı Türkiyəyə dair gözəl ifadələr səsləndirdi. Onu ölkəmizə dəvət etdim. Ümid edirəm ki, dəvətimizi qəbul edər və beləliklə də Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı keçmişdə olduğundan fərqli şəkildə gücləndirərik.
Bizim Türkiyə olaraq müttəfiqimiz ABŞ-dən gözləntilərimiz bəllidir. Başda Fələstin məsələsi və Rusiya-Ukrayna böhranı olmaqla, bir çox problemlərlə üz-üzəyik. Türkiyə və ABŞ-nin əməkdaşlığı sayəsində bunların öhdəsindən gəlmək mümkündür.
Ümid edirəm ki, regional və qlobal səviyyədə davam edən müharibələr və böhranlar Trampın prezidentliyi ilə sona çatacaq", - deyə Ərdoğan qeyd edib.
"Cənab Trampla onun əvvəlki prezidentliyi dövründə də birlikdə işləmişik. Vaxtaşırı fikir ayrılıqları olsa da, Türkiyə və ABŞ-nin model ortaqlığı danılmazdır", - deyə Türkiyə lideri vurğulayıb.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- "Haber Global": "Türkiyənin COP29-dakı stendi böyük diqqət çəkir"
- Ərdoğan G20 liderlərinin sammiti üçün Braziliyaya gedir
- Haber Global: "Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi"
Rəylər