Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından DANIŞDI
"Şimali Kiprin beynəlxalq aləmdə məruz qaldığı haqsız təcridin aradan qaldırılması üçün səylərimizi davam etdiririk".
Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfərdən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında bildirib.
"Şimali Kiprin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının çətiri altında öz layiqli yerini tutması üçün nə lazımdırsa edirik. Bu baxımdan Şuşada keçirilən Türk Dövlətləri Zirvə toplantısında cənab Tatarın iştirakı son dərəcə mənalı idi. İnşallah, qarşıdakı dövrdə bunun ardınca yeni addımlar atılacaq", - deyə dövlət başçısı bəyan edib.
"Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa toplantısı - 2024" teqi üzrə xəbərlər
- Qlobal güclər türk dövlətlərinin ittifaqından qorxur? - Qırğızıstana təzyiq haqqında
- Qazaxıstan prezidentinin Azərbaycana səfəri başa çatıb
- Şuşada Prezident İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
- Prezident: "Türk dünyası və TDT-nin gücləndirilməsi xarici siyasətimizin prioritet istiqamətidir"
- Hakan Fidan: "Bakı ilə İrəvanın münasibətlərində Qərb ölkələrinin mövqeyi bizi qane etmir"
Rəylər