Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dimorf asteroidi NASA-nın hücumundan sonra kometa oldu
Oktyabrın 5-də Çilidə yerləşən SOAR beynəlxalq yerüstü teleskopu səmada quyruğu təxminən 10 min kilometr olan qeyri-adi kometa aşkar edib.
Əldə edilən görüntüləri təhlil edən alimlər müəyyən ediblər ki, bu səma cismi DART missiyasının zondu ilə toqquşduqdan sonra Dimorf asteroidindən qalan hissədir.
Xatırladaq ki, sentyabrın 26-da göyərtəsində kameraları olan DART kosmik zondu Yerdən 11 milyon kilometr aralıda, təxminən 24.000 km/saat sürətlə daha böyük Didim asteroidinin peyki olan Dimorf asteroidinə çırpılıb. Zondun Dimorfla toqquşması anı NASA tərəfindən canlı yayımlanıb.
Qeyd edək ki, Dimorf Yer üçün heç bir təhlükə yaratmırdı.
Mənbə: rossaprimavera.ru
Rəylər