Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dağıstanın keçmiş naziri terrorçu və ekstremistlərin siyahısına salındı
Dağıstanın (Rusiya Federasiyası) keçmiş idman naziri Maqomed Maqomedov Rusiyanın Maliyyə Monitorinqi Xidmətinin terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilir.
M.Maqomedov xidməti vəzifəsindən istifadə edərək terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunur.
Sovet pilotu Valeri Çkalovun nəvəsi Darya Boqdanova da bu siyahıya daxil edilib.
Qeyd edək ki, M.Maqomedov 2012-2021-ci illərdə Dağıstanın idman naziri vəzifəsində çalışıb. 2021-ci ilin aprelində Qızılyurtun rəhbəri olub.
"Dağıstan Respublikası" teqi üzrə xəbərlər
- Ramazan Abdulatipov: "Azərbaycan və Dağıstan logistikanın inkişafı üzrə aktiv iş aparır"
- Bu xəbərləri qaçırmayın: 06.11.2024-ün ən mühüm hadisələri
- Dağıstanda ev tapşırığını yerinə yetirməyən şagird polisləri ayağa qaldırdı
- Rusiyada ən hündür minarəli məscid Dağıstanda inşa ediləcək
- Dağıstanda sərgi mərkəzində güclü yanğın olub
Ən çox oxunanlar
Rəylər