Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çexiya prezidenti motosikl sürərkən xəstəxanalıq oldu
Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və hazırda Praqada, Mərkəzi Hərbi Hospitalda müalicə olunur.
Bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
"Onun xəsarətləri ciddi deyil, lakin bu, qısamüddətli müşahidə tələb edir", - məlumatda deyilir.
Dövlət başçısının administrasiyası bir qədər sonra baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.
Bu il 63 yaşı tamam olacaq Pavel motoidman həvəskarıdır. O, boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı Petr Pavel həkimlərin fikrincə, əla fiziki formadadır.
Mənbə: TASS
"Çexiya" teqi üzrə xəbərlər
- Çexiya prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusuna qoşulmağa icazə verdi
- Çexiyanın paytaxtında sərnişin qatarları toqquşdu: Yaralılar var
- Çexiyada məktəbli qız sinif yoldaşlarına bıçaqla hücum edib
- AVRO-2024: Son 1/8 finalçılar bəlli olur
- Patrik Şik Türkiyə ilə görüşdə komandasına kömək edə bilməyəcək
Rəylər