Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Casusluq şübhəsiylə dindirildiyi deyilən SEPAH generalı Kaani ilk dəfə ictimaiyyət arasında göründü
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani İsrail üçün casusluq etdiyinə görə dindirildiyi barədə iddialardan sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, "Tasnim News" bununla bağlı görüntülər paylaşıb.
Bildirilib ki, general dünən Tehran hava limanında SEPAH generalı Abbas Nilfuruşanın cənazəsinin qarşılanması mərasiminə qatılıb.
"Bir sıra media qurumlarının saxta xəbərlərinə baxmayaraq, SEPAH generalı bir çox ölkə rəsmiləri ilə birlikdə cənazənin qarşılanması mərasimində iştirak edib", - deyə mənbədən bildirilib.
Xatırladaq ki, İsrailin sentyabrın 27-də Beyruta zərbə endirməsindən sonra SEPAH komandirinin öldüyü, infarkt keçirməsi və casusluqda ittiham edilərək dindirilməsi ilə bağlı xəbərlər paylaşılıb.
"İsmayıl Kaani" teqi üzrə xəbərlər
- Öldüyü deyilən SEPAH generalı HƏMAS-ın Tehrandakı ofisində olub
- Ərəb İslam Şurasının baş katibi: "İsmayıl Kaani İsrail casusudur"
- İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir
- İran generalı Kaani sağdır, yoxsa öldürülüb? - Beynəlxalq medianın cavab axtardığı suallar
- SEPAH komandiri İsmayıl Kaani sağdır?
Rəylər