Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu gündən İranda növbədənkənar prezident seçkisi kampaniyası başlayır
Bu gündən İranda növbədənkənar prezident seçkisi kampaniyası başlayıb.
Bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat yayıb.
O, bütün siyasi partiyaların, nüfuzlu şəxslərin iştirakı ilə seçki qaydalarına əməl edilməsinin şahidi olacaqlarını deyib.
"Biz hər kəsi bu mərhələyə dəvət edirik. İslam əxlaqına əsaslanan yaxşı və sağlam seçki meyarlarının şahidi olacağımıza ümid edirik", - deyə bildirib.
İran qanunlarına əsasən, seçki kampaniyasının birinci mərhələsində iddiaçılar sənədlərini Seçki Qərargahına təqdim edir. Daxili İşlər Nazirliyi və Nəzarət Şurası prezidentliyə namizədliyə namizədlərin sənədlərini araşdırdıqdan sonra onların təbliğat kampaniyası başlayır. Birinci mərhələ mayın 30-dan iyunun 2-dək davam edəcək. İyunun 12-dən 27-dək təbliğat kampaniyası aparılacaq. İyunun 28-də isə seçki günüdür.
Xatırladaq ki, mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub.
Mənbə: Tasnim
"İran" teqi üzrə xəbərlər
- Xameneinin daha bir "X" hesabının fəaliyyəti məhdudlaşdırıldı
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb