Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Britaniya kralının daşınmaz əmlak imperiyası üzə çıxdı
Kral III Çarlz başda olmaqla, Britaniya kral ailəsinin üzvləri Lankaster və Kornuol hersoqluqlarında yerləşən daşınmaz əmlak imperiyasından hər il çoxmilyonlarla dollar gəlir əldə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sunday Times" yazır.
Nəşr iki hersoqluğun rəsmi sənədlərindəki məlumatlara istinad edərək bildirir ki, Britaniya kral ailəsinin üzvləri bu bölgələrdə 5 410 torpaq sahəsinə sahibdirlər. Üstəlik, ərazilər şəxsi mülklər olaraq dolayısı ilə III Çarlz və oğlu şahzadə Uilyama məxsusdur.
Araşdırmaya görə, dövlət idarələri, şuralar, müəssisələr, mədən şirkətləri və ictimaiyyətdən bu torpaqlardan istifadə haqqı alınır. Onlar icarə ödənişlərini və torpaq vergilərini ödəyirlər.
Nəşrin hesablamalarına görə, 2023-cü ildə kral ailəsinin Lankaster və Kornuol hersoqluqlarından əldə edilən xalis mənfəəti 26 milyon funt sterlinq təşkil edib.
Rəylər