Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Boliviyanın keçmiş lideri ilə bağlı qalmaqal: İnsan alveri və 15 yaşlı qıza təcavüzdə ittiham olunur
Boliviyada prokurorluq ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı azyaşlı qıza təcavüz və insan alveri şübhəsi ilə istintaq aparır.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin ədliyyə naziri Sesar Siles məlumat verib.
"Söhbət insan alveri kimi ağır cinayətdən gedir. Cənab Evo Moralesə və digərlərinə qarşı istintaq aparılır", - deyə o, "Boliviya TV"də yayımlanan mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, cinayətə görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
S.Siles əlavə edib ki, bu iş çərçivəsində 15 yaşlı qıza təcavüz və nəticədə qızın hamilə qalması faktı da araşdırılır. Silesin sözlərinə görə, uşağın doğum şəhadətnaməsində Morales ata kimi qeyd olunub.
Keçmiş dövlət başçısının özü təqsirini boynuna almır və özünü siyasi təqib qurbanı adlandırır. Moraleslə işləyən hüquqşünaslardan biri Sesiliya Urketa deyib ki, söhbət köhnə, təsdiqini tapmamış şayiədən gedir. Onun sözlərinə görə, ehtimal edilən qurban Moralesə qarşı şikayət ərizəsi verməyib.
Qeyd edək ki, 2020-ci ildə prezident vəzifəsini icra edən Janin Anyesin dövründə Ədliyyə Nazirliyi Morales haqqında azyaşlıya təcavüz şübhəsi ilə istintaq başlatsa da, o başa çatdırılmayıb.
"Boliviya" teqi üzrə xəbərlər
- Dünya çempionatının seçmə mərhələsi: Ekvador Boliviyaya ardıcıl səkkizinci matçda qalib gəlib
- Boliviya parlamentində qalmaqal: Vitse-prezident "pomidor atəşi"nə tutuldu
- Boliviyanın keçmiş liderinin tərəfdarları vitse-prezidentə hücum ediblər
- Boliviyanın sabiq prezidenti aclıq aksiyasına başladı
- Boliviyada ara qarışdı: Keçmiş prezidentin tərəfdarları hərbi hissəni ələ keçirdilər
Rəylər