Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Boliviyanın keçmiş liderinin tərəfdarları vitse-prezidentə hücum ediblər
Boliviyanın keçmiş prezidenti Evo Moraleslə əlaqəli deputatlar parlament zalında ölkənin vitse-prezidenti David Çokeuankaya hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı Luis Arse "Telegram" kanalında məlumat verib.
Arse hadisəni Boliviya parlamenti tarixinin ən biabırçı səhifəsi adlandırıb. Onun fikrincə, baş verənlər Morales tərəfdarlarının dialoq istəmədiyini təsdiqləyir.
"El Deber" qəzetinin məlumatına görə, Moralesin tərəfdarları Arsenin çıxış etməli olduğu iclasdan əvvəl parlament daxilində iğtişaşlar törədiblər. O cümlədən, vitse-prezidentə və hazırkı dövlət başçısını dəstəkləyən partiya üzvlərinə pomidor və müxtəlif əşyalar atıblar. Hadisədən sonra Arse çıxışını parlamentin qarşısındakı meydana davam etdirib.
Xatırladaq ki, Arse və Morales arasında münaqişə son aylarda şiddətlənib. Üç həftə ərzində eks-prezidentin tərəfdarları ölkədə yolları bağlayıblar. Oktyabrın 30-da Arse onların hərəkətlərindən dəymiş ziyanın 1,7 milyard dolları keçdiyini bildirib.
Arse 2020-ci ilin oktyabrında keçirilən prezident seçkisində Morales tərəfindən dəstəklənib. Lakin sonradan siyasətçilər arasında fikir ayrılığı yaranıb.
"Boliviya" teqi üzrə xəbərlər
- Dünya çempionatının seçmə mərhələsi: Ekvador Boliviyaya ardıcıl səkkizinci matçda qalib gəlib
- Boliviya parlamentində qalmaqal: Vitse-prezident "pomidor atəşi"nə tutuldu
- Boliviyanın sabiq prezidenti aclıq aksiyasına başladı
- Boliviyada ara qarışdı: Keçmiş prezidentin tərəfdarları hərbi hissəni ələ keçirdilər
- Boliviyada iki milyard avro dəyərində kokain yandırıldı
Rəylər