Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BMT: Bu yay tarixdə müşahidə edilən ən isti yay olub
Bu yay tarixdə müşahidə edilən ən isti yay olub.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, planet "qaynama mövsümündən keçib". Tarixdə ən isti yayın qeydə alınması iqlim böhranının başlamasından xəbər verir.
O, dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırıb.
Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində istiləşmələrə səbəb ola bilər.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
"BMT" teqi üzrə xəbərlər
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
- Metyu Brayza: "COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakıya əlavə imkanlar yaradır"
Rəylər