Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ŞƏT-ə üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzaladılar
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzalayıblar.
Daha əvvəl isə Rusiya prezidenti Vladimir Putin iclasda çıxışı zamanı bildirmişdi ki, sənəd ŞƏT ölkələrinin qlobal və regional gündəliyin əsas aspektlərinə yanaşmalarını əks etdirir.
Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı işinə başlayıb.
Zirvə toplantısında qəbul edilən qərara əsasən, Belarus rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib.
Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Hazırda Qazaxıstanın paytaxtı Astanada davam edən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar.
"ŞƏT-in zirvə toplantısı" teqi üzrə xəbərlər
- Astanada "ŞƏT plyus" formatında görüş keçirilib, Prezident İlham Əliyev çıxış edib
- 60 saniyədə əsas xəbərlər: 04.07.2024-ün ən mühüm hadisələri
- Fərid Şahbazlı: "Azərbaycanla əməkdaşlıq ŞƏT üçün xüsusi əhəmiyyət kəsb edir"
- Prezident: "COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik"
- İlham Əliyev: "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır"
Rəylər