Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bayden prezident seçkisində kimi dəstəkləyəcəyini AÇIQLADI
Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkisində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" səhifəsindəki paylaşımında bildirib.
"2020-ci il seçkisində partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq onu tam dəstəklədiyimi bəyan edirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır", - paylaşımda deyilir.
My fellow Democrats, I have decided not to accept the nomination and to focus all my energies on my duties as President for the remainder of my term. My very first decision as the party nominee in 2020 was to pick Kamala Harris as my Vice President. And it’s been the best… pic.twitter.com/x8DnvuImJV
— Joe Biden (@JoeBiden) July 21, 2024
"Baydenin prezidentlik yarışından geri çəkilməsi" teqi üzrə xəbərlər
- Bayden Obama və Pelosidən küsüb
- Obama Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləməkdən imtina etdi
- Bayden vaxtından əvvəl istefa verəcək? - Ağ Evdən açıqlama
- Kamala Harris ABŞ-də prezident seçkisində namizədliyini irəli sürəcək
- Baydenin seçki yarışından geri çəkilməsinə İlon Maskdan reaksiya
Rəylər