Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bayden Obama və Pelosidən küsüb
ABŞ Prezidenti Co Bayden Barak Obamanın şəxsən ona seçki yarışından geri çəkilməyin zəruriliyi barədə demədiyinə, habelə Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin seçkidən geri çəkilməsi ilə bağlı təzyiqlərinə görə məyus olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, Bayden ən yaxın tərəfdarlarına bildirib ki, o, prezidentlik yarışından geri çəkilmək qərarı ilə barışıb, lakin onu buna məcbur edən Demokratlar Partiyasının bir sıra üzvlərindən küsüb. Söhbət Barak Obama, Nensi Pelosi və Çak Şumerdən gedir.
Qeyd olunur ki, Baydenin yarışdan çəkilmək qərarındakı rolunu açıq şəkildə izah edən Pelosi son vaxtlar diqqət mərkəzində olub. Bildirilir ki, Bayden seçkidən çəkilmək qərarını elan etdikdən sonra Nümayəndələr Palatasının keçmiş spikeri ilə əlaqə saxlamayıb.
"Bayden, həmçinin, dostu və keçmiş müdiri olan Obamanın iyunun sonunda Atlantada baş tutan fəlakətli debatdan sonra kampaniya ilə bağlı narahatlıqlarını bildirmək üçün birbaşa ona zəng etmədiyinə görə narazıdır", - "Politico" yazır.
Xatırladaq ki, iyulun 21-də Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb.
"Co Bayden" teqi üzrə xəbərlər
- Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar
- Baydenin 82 yaşı tamam oldu
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- Bayden bin Laden oldu: Braziliya telekanalının aparıcısının gülməli səhvi
- Bayden Ukraynaya piyada əleyhinə minaların göndərilməsini iki şərtlə təsdiqləyib
Rəylər