Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Banqladeşdə hotel yandırıldı: 18 ölü, 150-dən çox yaralı
Banqladeşdə iğtişaşçılar Cessor şəhərində hoteli yandırıblar. Yanğında 18 nəfər ölüb, 150-dən çox adam xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.
Banqladeşin Baş naziri Şeyx Hasinanın istefasını qeyd etmək üçün minlərlə insan küçələrə axışıb.
Prezident Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb:
"Prezidentin silahlı qüvvələrin üç qolunun rəhbərləri, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və "Tələbələr ayrı-seçkiliyə qarşı" hərəkatının liderləri ilə görüşündən sonra qəbul edilən qərara əsasən milli parlament buraxılıb".
Xatırladaq ki, Şeyx Hasina avqustun 5-də istefa verib. Hökumət başçısının ölkəni tərk edərək Finlandiyaya getdiyi bildirilirdi. Daha sonra Banqladeş Prezidenti Məhəmməd Şahabuddin müvəqqəti kabinet yaratmaq üçün parlamenti buraxmaq qərarına gəlib.
"Banqladeşdə iğtişaşlar" teqi üzrə xəbərlər
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb
- Banqladeşdəki iğtişaşların arxasında hansı dövlətin dayandığı bəlli oldu
- Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri Banqladeş xalqına söz verdi
- Banqladeşdən qaçan keçmiş baş nazir Şeyx Hasinanın ölkəsinə nə zaman qayıdacağı açıqlanıb
- Banqladeşdə ciddi rejimli həbsxanadan 200-dən çox məhbus qaçıb
Rəylər