Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Anasının xatirəsinə konsert verən pianoçu dünya rekordunu yenilədi
Rumıniyada yaşayan istedadlı pianoçu Turzo Zoltan yeni dünya rekorduna imza ataraq Ginnesin Rekordlar Kitabına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Biharia kəndində anasının xatirəsinə konsert verən musiqiçi, cəmi 30 saniyə ərzində klavişlərə 500 dəfə vurub.
T.Zoltanın bu nailiyyəti videoya çəkilərək Ginnesin Rekordlar Kitabı komissiyasına təqdim edilib. Əvvəlki rekord yapon musiqiçisi Keyta Hattoriyə məxsus idi. O, yarım dəqiqə ərzində klavişlərə 495 dəfə vurmuşdu.
Qeyd edək ki, Turzo Zoltan bir neçə musiqi rekordunun sahibidir. O, altı kilometr yüksəklikdə royalda ifa edib və 130 saat davam edən ən uzun fortepiano marafonu ilə rekord qırıb.
Rəylər