Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Münhendə İsrail baş konsulluğu yaxınlığında atəş açan şəxs zərərsizləşdirildi
İsrailin Münhendəki baş konsulluğu yaxınlığında atəş açan şəxs Almaniya təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Atışma zamanı baş konsulluğun əməkdaşlarından xəsarət alan olmayıb", - məlumatda bildirilib.
Münhenin (Almaniya) mərkəzində İsrailin baş konsulluğu qarşısında atəş səsləri eşidilib, polis hazırda ərazidə genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Focus-online" internet nəşri məlumat verib.
Bildirilir ki, hadisə yerində polis xüsusi təyinatlıları və snayperlər işləyirlər, helikopter cəlb edilib.
Yerli "Süddeutsche Zeitung" qəzetinin yazdığına görə, şahidlər atəş səslərinin və "Qaçın! Qaçın!" qışqırıqlarının eşidildiyini bildiriblər.
Qeyd edək ki, 5 sentyabr 1972-ci ildə Münhendə Yay Olimpiya Oyunları zamanı baş vermiş terror aktının ildönümüdür. O zaman fələstinli döyüşçülər olimpiya kəndinə soxularaq İsrail yığmasının iki üzvünü öldürmüş və doqquz üzvünü girov götürmüşdülər.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər