Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Almaniyada "diversant" dələ iki şəhəri işıqsız qoydu
Cənubi Almaniyanın Lüdviqsburq (95 000 sakin) və Kornvesthaym (30 000 sakin) şəhərlərində 100 000-dən çox abunəçi işıqsız qalıb. Elektrik şəbəkəsinin əməkdaşları hadisənin səbəbini araşdırarkən maraqlı bir faktla üzləşiblər.
Oxu.Az "BILD"ə istinadən xəbər verir ki, əsas transformatorlardan birini yoxlayan elektrik şəbəkəsinin əməkdaşları orada dələ aşkar ediblər.
Məlum olub ki, dələ bir neçə naqili gəmirərək ciddi ziyan vurub. Nəticədə Lüdviqsburq və Kornvesthaym şəhərlərində elektrik enerjisi ilə yanaşı, internet və mobil rabitə də kəsilib. Yol polisi işıqforların işləmədiyi yollarda təhlükəsizliyi təmin etməkdə böyük çətinliklərlə üzləşib. Xoşbəxtlikdən, ciddi yol-nəqliyyat hadisəsi baş verməyib. Dəmir yolu vağzalının binasında da işıq olmadığı üçün sərnişinlər qatarlara qaranlıqda getmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Almaniya dələlərin geniş yayıldığı ölkələrdən biridir və onların sayı milyondan çoxdur. Son illərdə dələlərin törətdiyi "diversiyalar" nəticəsində Almaniyada bir sıra qəzalar baş verib. Mütəxəssislər bildirirlər ki, dələlər kiçik heyvanlar olsalar da, böyük ziyan vura bilərlər.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər