Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aİ rəsmisi Ukraynaya qoşun göndərilməsini istisna etməyib
Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə ANSA-ya Avropa İttifaqı (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
"Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz", - siyasətçi bildirib.
Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.
Qeyd edək ki, Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Kiyevdə səfərdədir.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiyanın "Oreşnik"i NATO-nu narahat edib: Müzakirələr başlayır
- Baydenin dövründə ABŞ Kiyevə milyardlarla dollar yardım köçürməyi öhdəsinə götürüb
- Deputat: "Qərb Ukrayna ssenarisini Gürcüstanda həyata keçirə bilməyəcək"
- Hakan Fidanla Blinken Cənubi Qafqazı müzakirə ediblər
- "Bloomberg": Zelenski itirilmiş ərazilərdən imtina etməyə hazırdır?
Rəylər