Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aİ Gürcüstanı cəzalandırdı: İnteqrasiya prosesi dayandırıldı
Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata inteqrasiya prosesini dayandırmaq qərarına gəlib.
Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
"Təəssüf ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırmaq barədə razılığa gəliblər. Bu, Avropa Şurasının hesabatlarında aydın şəkildə qeyd olunub", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin liderləri Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nəzərdə tutulmuş 30 milyon avronun dondurulması barədə də qərar qəbul ediblər.
"Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən, təəssüf ki, sizə bildirməliyəm ki, Aİ liderləri, həmçinin Avropa Sülh Fondu çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinə dəstək üçün ayrılmış vəsaitləri dondurmaq qərarına gəliblər. Bu ana qədər Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro dondurulub", - deyə səfir vurğulayıb.
Mənbə: TASS
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
Rəylər