Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ seçkisi üzərində İran kölgəsi: "Google"dan artan təhlükə barədə xəbərdarlıq
"İrandan ABŞ-də prezident seçkisinə yönəlmiş haker əməliyyatları davam edir və əvvəllər məlum olduğundan daha genişmiqyaslıdır".
Oxu.Az-ın CNN-ə istinadla verdiyi məlumata görə, bu barədə "Google" korporasiyasının hesabatında bildirilir.
Qeyd olunur ki, İran hökumətinin APT42 kimi tanınan haker qrupu may və iyun aylarında Cozef Bayden və Donald Trampla əlaqəli təxminən 10 nəfərin, o cümlədən hazırkı hökumət rəsmilərinin şəxsi elektron poçt hesablarına hücum edib.
"Hakerlər ABŞ-nin hazırkı rəsmi şəxslərinin, həmçinin, vitse-prezident Kamala Harris, Prezident Co Bayden və keçmiş prezident Donald Trampla əlaqəsi olan insanların elektron poçt hesablarına hücuma davam edirlər", - deyə sənəddə vurğulanıb.
Bildirilir ki, "Google"un araşdırması İranın 2024-cü il prezident kampaniyası ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün aqressiv səyləri barədə mövcud sübutları tamamlayır.
"Hakerlər" teqi üzrə xəbərlər
- İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar
- "Wi-Fi"dan təhlükəsiz istifadə qaydaları açıqlanıb
- Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?
- Rus hakerləri Paşinyanın aparatının məlumat bazasını sındırıblar
- "Meta": "İranlı hakerlər ABŞ rəsmilərinin hesablarını sındırmağa cəhd ediblər"
Rəylər