Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Meta": "İranlı hakerlər ABŞ rəsmilərinin hesablarını sındırmağa cəhd ediblər"
"Meta" korporasiyası iranlı haker qrupunun ABŞ Prezidenti Co Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan ABŞ-li məmurların "WhatsApp" sosial şəbəkəsindəki hesablarını sındırmaq cəhdlərinin izlərini müəyyən edib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında müvafiq xəbər dərc olunub.
"İstifadəçi sorğularını nəzərdən keçirdikdən sonra təhlükəsizlik qruplarımız özlərini texnologiya şirkətlərinin dəstək nümayəndələri kimi təqdim edən "WhatsApp" hesablarının kiçik bir qrupunu blokladı", - deyə məlumatda deyilir.
Qeyd olunub ki, haker hücumu İsrail, Fələstin, İran, ABŞ və İngiltərədəki şəxslərə qarşı yönəlib. Hücuma məruz qalan hesablar sındırılmayıb.
"Hakerlər" teqi üzrə xəbərlər
- İranlı hakerlər Trampın məktubları üçün ABŞ-də alıcılar tapıblar
- "Wi-Fi"dan təhlükəsiz istifadə qaydaları açıqlanıb
- Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?
- Rus hakerləri Paşinyanın aparatının məlumat bazasını sındırıblar
- Dünyada həyəcan təbili: Sərnişin təyyarələrinin qəzaya uğramasına səbəb kiberhücumlardırmı?
Rəylər