Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ Gürcüstana sanksiyalar tətbiq edir
"ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edir. Vaşinqton ölkədə qəbul edilən "xarici agentlər haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır".
Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Viza məhdudiyyətlərinin ilk siyahısına "Gürcü Arzusu" partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və adi vətəndaşlar daxildirlər. Sizə deyə bilərəm ki, biz əlavə sanksiyalar tətbiq etməyə və bütün lazımi addımları atmağa hazırıq", - deyə o əlavə edib.
Mənbə: TASS
"Sanksiyalar" teqi üzrə xəbərlər
- Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
- ABŞ-dən İran neftinin ticarətinə görə bir sıra şirkətlərə sanksiyalar
- Baltik dənizinin qulduru: Latviya vətəndaşı Rusiyaya neft satmağa kömək edir
- Mamuka Mdinaradze: "ABŞ sanksiyaları Gürcüstanda parlament seçkisinə müdaxilədir"
- ABŞ 60-dan çox Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq etdi