Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-dən Tayvana yüzmilyonlarla dollarlıq dəstək
ABŞ Prezidenti Co Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardımın ayrılmasına dair göstəriş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.
"ABŞ-nin Konstitusiyası və qanunları ilə mənə prezident kimi verilmiş səlahiyyətlə dövlət katibinə göstəriş verirəm ki, Pentaqonun müdafiə məhsulları və xidmətləri, Tayvana yardım göstərilməsi məqsədilə hərbi sahədə təlimlər və hazırlıq üçün 567 milyon dollara qədər vəsait ayrılsın", - deyə bəyanatda Co Baydenin sözləri qeyd edilib.
Xatırladaq ki, ötən il Vaşinqton Müdafiə Nazirliyinin xətti ilə Tayvana 345 milyon dollar ayırıb.
"Tayvan" teqi üzrə xəbərlər
- ABŞ Tayvanı yararsız silah və texnika ilə təchiz edib
- Bin Ladeni məhv edən ABŞ-nin elit xüsusi təyinatlı qüvvələri Tayvanı Çindən qoruyacaq
- Gender testindən keçməyən boksçu Oyunların 1/4 finalına yüksəlib
- Filippində və Tayvanda dəhşətli tayfun neft tankerini və gəmini batırdi: Ölənlər və yaralananlar var
- Bayden: "ABŞ ordusu Tayvana yeridilə bilər"
Rəylər