Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Filippində və Tayvanda dəhşətli tayfun neft tankerini və gəmini batırdi: Ölənlər və yaralananlar var
Filippin və Tayvandan keçən "Qemi" tayfunu neft tankeri və yük gəmisinin batmasına və daha üç gəminin quruya çıxmasına səbəb olub. Güclü yağışlar və fırtına nəticəsində ən azı üç nəfər həlak olub, 200 nəfər yaralanıb.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, Filippin hakimiyyəti Manila körfəzində 1.4 milyon litr neft daşıyan tankerin çevrilməsindən sonra sızan neftin aradan qaldırılması üçün tədbirlər görür.
Güclü tufan toxum daşıyan İndoneziya gəmisini sahilə çıxarıb. 17 ekipaj üzvündən biri itkin düşüb və gəmi ciddi zədələnib. Uçuşlar təxirə salınıb, yol əlaqəsi pozulub. 150 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib.
Tayvan rəsmilərinin bildirdiyinə görə, Myanmadan gələn doqquz ekipaj üzvü Tanzaniya bayraqlı yük gəmisindən suya düşüb. Tayvanın cənub-şərq sahillərində davam edən pis hava şəraiti axtarış-xilasetmə əməliyyatlarına mane olub.
Qeyd olunur ki, fırtına zamanı daha üç gəmi quruya çıxıb.
Rəylər