Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də 170 ilin ən güclü qasırğası: Ölənlərin sayı artdı
ABŞ-də 170 ilin ən güclü qasırğası olan "Helen" nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qasırğa azı 44 nəfərin həyatına son qoyub.
Qasırğa nəticəsində 4.6 milyondan çox insan işıqsız qalıb. Bəzi bölgələrdə fövqəladə vəziyyət hələ də qüvvədədir.
ABŞ-nin cənub-şərqində "Helen" qasırğası nəticəsində azı 43 nəfər həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.
Bildirilir ki, milyonlarla insan elektriksiz qalıb.
Məlumata görə, qasırğa əvvəlcə Floridaya zərbə vurub, sonra şimala doğru Corciya, Şimali və Cənubi Karolina ştatlarına keçib.
"Helen" bir gün sonra xeyli zəifləsə də, meteoroloqlar güclü külək, leysan və tornado təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq yayıblar. Qasırğa zonasında evlər və yollar qismən su altında qalıb.
Sığorta şirkətləri "Helen"in vurduğu ziyanı milyardlarla dollar həcmində qiymətləndirirlər.
Qeyd edək ki, "Helen" qasırğasına dördüncü kateqoriya verilib, bu, ikinci ən güclü qasırğa səviyyəsidir və küləyin sürəti saatda 240 km-ə çatır. Ümumiyyətlə, "Helen" ABŞ-də bütün müşahidə dövrü ərzində qasırğaların gücü reytinqində 14-cü yeri tutub. Onun eni 675 km qiymətləndirilir ki, bu da artıq tarixdə üçüncü nəticədir. Bundan böyük olanlar 2017-ci ildə "İda" və 1996-cı ildə "Opal" olub.
"Helen qasırğası" teqi üzrə xəbərlər
- Florida daha bir fəlakətlə üzləşdi: İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər
- ABŞ-nin qasırğa vurmuş ərazisində silahlı dəstələrə görə xilasedicilər təxliyə edildi
- ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir
- ABŞ-də "Helen" qasırğası: Minlərlə insan susuz qaldı
- ABŞ-də güclü qasırğa: Sakinlərdən öləndə tanınmaları üçün nömrələrini qollarına yazmaları istənildi
Rəylər