Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Yango Azerbaijan" Bakıda sürətli çatdırılma üzrə "Market" xidmətini istifadəyə verib
Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azerbaijan" çatdırılma üzrə "Market" xidmətini istifadəyə verib. Artıq Bakı sakinləri "Yango" tətbiqi vasitəsilə taksi sifariş etmək, sənədlər göndərmək və ictimai nəqliyyatda səfərlər planlaşdırmaqla yanaşı məşhur brendlərin 2000-dən çox məhsulunu sifariş edə bilərlər. Buna misal kimi ərzaq məhsullarının, məişətdə istifadə olunan kimyəvi maddələrin, hazır salatların və sendviçlərin çatdırılmasını göstərmək olar.
Məhsullar sifarişlərin saxlandığı və toplandığı kiçik anbardan ("darkstore") götürülür və orta hesabla 30 dəqiqə ərzində istifadəçiyə çatdırılır. Hazırda Bakıda iki "darkstore" fəaliyyət göstərir. Yasamal, Səbail, Nərimanov, Nəsimi və Binəqədi rayonları ərazisində yaşayan 900 minə yaxın sakin xidmətdən yararlana bilər. İlin sonunadək xidmətin əhatə dairəsinin genişləndirilməsi və daha dörd "darkstore" anbarının açılması nəzərdə tutulur. Gələcəkdə isə onların sayının daha da artırılması planlaşdırılır. Sifarişlərə görə ödəniş nağd şəkildə və ya "Yango" tətbiqinə əlavə edilmiş kart vasitəsilə edilə bilər.
Yeni istifadəçilər ilk sifariş üçün 20% endirimdən yararlana bilərlər. Endirimi çıxmaqla dəyəri 10 AZN-dən çox olan sifarişlər üçün çatdırılma pulsuzdur. 10 AZN-dək sifarişlər üçün çatdırılma haqqı 2.5 AZN-dir. Xidmət saat 09:00-dan 22:00-a kimi fəaliyyət göstərir.
Bakıda "Market" xidməti franşiza modeli ilə fəaliyyət göstərir. Xidmətin tərəfdaşı yerli operator olan "Gap Group" şirkətidir. Tərəfdaş şirkət Azərbaycanın pərakəndə satış sektorunda çoxillik təcrübəyə malikdir və təklif olunan məhsulların seçiminə görə cavabdehdir. Məhsulların çatdırılması "Yango" çatdırılma servisinin tərəfdaşları ilə birlikdə "Gap Group"un kuryerləri tərəfindən həyata keçirilir.
"Yango Azerbaijan" adi tətbiq deyil, gündəlik həyatı asanlaşdıran əsl şəhər supertətbiqidir. İstifadəçilər bu tətbiqdən istifadə edərək səhər işə gedə, gün ərzində sənədlər göndərə, axşam isə mağazaya getmək əvəzinə "Market" vasitəsilə məhsulları birbaşa evə sifariş edə bilərlər. Rahat interfeys və vahid giriş nöqtəsi bu işləri daha tez həll etməyə kömək edir ki, bu da böyük şəhərin həyat ritmi baxımından xüsusilə əhəmiyyətlidir. Tezliklə bu ekosistemə Bakı sakinlərinin ehtiyaclarına cavab verən digər xidmətlər əlavə olunacaq", - şirkətin mətbuat xidmətindən bildirilib.
"Yango Azerbaijan" haqqında
Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan "Yango Azerbaijan" istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik həyatı asanlaşdırmağa imkan verir. "Yango Group" Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Pakistan, Kolumbiya və s. kimi 20-dən çox ölkədə təmsil olunur. Azərbaycanda şirkət 2022-ci ildən etibarən taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə "Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti əlavə olunub.
"Yango" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- Çatdırılma üçün göndərilən heyvanları küçəyə atan sürücü CƏZALANDIRILDI
- "Yango"nun sürücüsü başqa ünvana çatdırılması üçün göndərilən heyvanı KÜÇƏYƏ ATDI
- "Yango Azerbaijan" Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib
- "Yango" Azərbaycan Qran-prisi ərəfəsində tətbiqini yeniləyib
Rəylər