Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Fitch Ratings" agentliyi "Expressbank"ın reytinqlərini yüksəltdi
Beynəlxalq "Fitch Ratings" agentliyi "Expressbank"ın reytinqini yenidən qiymətləndirərək, gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib. Beləliklə, "Expressbank"ın dayanıqlılıq və emitentin uzunmüddətli defolt reytinqi "B" səviyyəsindən "B+" səviyyəsinə qalxıb.
Agentlik reytinq artımını ölkədə əməliyyat mühitinin inkişafı və "Expressbank"ın son illərdə maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirməsi ilə əlaqələndirib. "Fitch" ekspertləri bankın cəmi likvid aktivlərinin depozitlərin üçdəbirini təşkil etməsi ilə qurumun adekvat likvidlik buferinin olduğunu qeyd ediblər. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.
Başqa sözlə, bankın dövr ərzində göstərdiyi uğurlu maliyyə nəticələri - aktivlərinin keyfiyyəti və kapital həcmi, risk profilinin yaxşılaşması dayanıqlılıq reytinqinin yüksəldilməsinə əsas verib.
Eləcə də, hesabatda "Expressbank"ın aktivlərinin sektorda 1% təşkil etdiyini, dayanıqlılıq reytinqinin daha da yüksəlməsi üçün bankın gəlirlərini diversifikasiya etməsi tövsiyə olunub.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, "132" Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" - işiniz rahat getsin!
Rəylər