Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeni avtobuslar köhnəsi ilə dəyişdirilib? - Rəsmi AÇIQLAMA
Yeni Günəşlidən metronun "Neftçilər" stansiyası istiqamətində hərəkət edən 64 nömrəli marşrut xəttinin avtobusu sərnişinlərin narazılıqlarına səbəb olub.
Bu barədə jurnalist Natiq Muxtarlı sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, həmin xətdən təzə, kondisionerli avtobusları yığışdırıb yerinə köhnə avtobusları buraxıblar. Jurnalist bununla bağlı foto da paylaşıb.
Məsələ ilə bağlı "Qafqazinfo" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən avtobuslar əlavə olaraq xəttə buraxılıb:
"64 nömrəli müntəzəm marşrut xəttində gündəlik olaraq 14-15 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Görüntülər günün pik saatlarında sərnişin sıxlığının qarşısını almaq üçün əlavə olaraq xəttə cəlb edilən nəqliyyat vasitəsində qeydə alınıb".
Qeyd edək ki, 2018-ci ildə verilən rəsmi açıqlamada 64 saylı müntəzəm marşrut xətti üzrə daşımaları həyata keçirən şirkətin tələbləri yerinə yetirmədiyinə görə onunla müqaviləyə xitam verildiyi, başqa daşıyıcı ilə müqavilə imzalandığı bildirilib. Elə həmin il istiqamət üzrə 20 yeni avtobus istifadəyə verilib.
Rəylər