Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yararsız siqaretlər məhv edilib
Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, gömrük orqanları tərəfindən saxlanılmış, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 34 554 qutu (691 080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.
"Aksiz markasız tütün məmulatları" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər