Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xırdalanda FACİƏ: Binadan yıxılan qadının üstündən maşın keçdi
Abşeron rayonunda bədbəxt hadisə baş verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, qadın binadan yerə yıxılıb, yolda hərəkətdə olan avtomobil isə onun üzərindən keçib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 07.10.2024-cü il tarixində saat 19 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım heyəti tərəfindən xəsarət alan 50 yaşlı (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Xəsarət alan şəxsin üzərində cərrahi əməliyyatlar icra edilib, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Həmin görüntüləri təqdim edirik:
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər